“FINCA Azerbaijan” BOKT-un xalis mənfəəti 19 %-dən çox azalıb

Maliyyə
  • 02 iyun, 2025
  • 12:15
“FINCA Azerbaijan” BOKT-un xalis mənfəəti 19 %-dən çox azalıb

“FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 3,156 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 19,2 % azdır.

Ötən il “FINCA Azerbaijan”ın vergiyəqədərki mənfəəti 3,47 milyon manat (illik müqayisədə 23,1 % az), mənfəət vergisi ödəmələri isə 314 min manat (48,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “FINCA Azerbaijan”ın aktivləri 76,378 milyon manat olub ki, bu da illik müqayisədə 23,3 % çoxdur. Bunun 63,920 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 13,1 % böyüyüb.

Hesabat dövründə “FINCA Azerbaijan”ın öhdəlikləri 32,2 % artaraq 58,284 milyon manata, balans kapitalı isə 1,3 % artaraq 18,094 milyon manata çatıb.

Xatırladaq ki, “FINCA Azerbaijan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. BOKT-un səhmdarı 100 %-lik payla “FINCA International”dır.

44 - Tezliklə