"FINCA Azerbaijan" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 17 iyun, 2025
  • 17:26
FINCA Azerbaijan BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyunun 23-də "Bakı Fond Birjası" QSC-də (BFB) "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqrazım yerləşdirilməsi kütləvi hərrac üsulu ilə, birqiymətli hərracla həyata keçiriləcək.

İstiqrazlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "UniKapital İnvestisiya Şirikəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi