"FINCA Azerbaijan" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 05 avqust, 2025
  • 17:25
FINCA Azerbaijan BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Avqustun 12-də "Bakı Fond Birjası" QSC-də (BFB) "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd, yəni 1 milyon manatlıq istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.