"Finca Azerbaijan" BOKT 6 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 29 aprel, 2025
- 14:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Finca Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 6 milyon manatlıq istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 60 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
16:15
Biləsuvarda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var
Hadisə16:03
Roma Papası ağciyərindən əməliyyat olunacaq
Digər ölkələr15:46
Naxçıvanın Əməkdar jurnalisti vəfat edib
Media15:45
Foto
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Hadisə15:39
67 yaşlı atlet: Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi təzələməyə çalışacağam
Fərdi15:27
Foto
Şəhidlərin xatirəsi anılıb
Hərbi15:16
"Gəncə" heyətini yeni basketbolçu ilə gücləndirib
Komanda15:13
Rusiyada "Yandex" məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb
Region14:59
Foto