"Finans Kredit" BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 03 iyun, 2022
  • 09:13
Finans Kredit BOKT ötən ili mənfəətlə başa vurub

"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətinin ilk ili olan 2021-ci ili 46 min manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, ötən il "Finans Kredit"in vergiyəqədərki mənfəəti 48 min manat, mənfəət vergisi ödəmələri isə 2 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Finans Kredit"in aktivləri 838 min manat olub. Bunun 644 min manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabat tarixinə "Finans Kredit"in öhdəlikləri 492 min manat, balans kapitalı isə 346 min manat olub.

Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

44 - Tezliklə