"Ferrum Kapital"ın istiqrazlarına 52 investor maraq göstərib

Maliyyə
  • 20 avqust, 2026
  • 14:51
Ferrum Kapitalın istiqrazlarına 52 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - "Ferrum Kapital" MMC-nin 1 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 52 investor 1 milyon manatlıq 52 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.