Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib

Maliyyə
  • 27 aprel, 2017
  • 08:35
Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib

Bakı. 27 aprel. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. “Report” xəbər verir ki, yeni müşavir Rahim Veyis oğlu Əfəndiyevdir.

Bununla da nazirin müşavirlərinin ümumi sayı 11-ə çatıb.

Qeyd edək ki, Rahim Əfəndiyev Nazirliyin ləğv edilən Maliyyə və təminat İdarəsinin rəisi olub. Adıçəkilən idarənin yerində Maliyyə və təminat Departamenti yaradılıb ki, onun da baş direktoru Vəkil Suleymanovdur.