İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 15:50
İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

A.Tayani qeyd edib ki, kibercinayətkarlar artıq bir neçə gündür ki, onun məlumatlarını yayır, nazir və yaxınları barədə əlavə məlumatlara görə pul ödəməyə hazır olduqlarını bildirirlər. İtaliyalı nazir konkret olaraq hansı məlumatların dərc edildiyini və hücumun arxasında kimlərin dayandığını dəqiqləşdirməyib.

"Heç bir halda məni qorxutmalarına imkan verməyəcəyəm. Nazirliyimi və İtaliyanı qoruyaraq çalışmağa davam edəcəyəm", - o vurğulayıb.

İtaliyanın Baş naziri Corcia Meloni isə A.Tayaniyə dəstəyini ifadə edib və məlumatların sızdırılmasında Rusiyayönümlü hakerləri günahlandırıb.

44 filmi