“Falcon Finance” BOKT-un öhdəlikləri 2,4 dəfə artıb

Maliyyə
  • 08 may, 2024
  • 07:40
“Falcon Finance” BOKT-un öhdəlikləri 2,4 dəfə artıb

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 309 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 14,7 dəfə çoxdur.

Ötən il “Falcon Finance”ın vergiyəqədərki mənfəəti 406 min manat (əvvəlki ilə nisbətən 12,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 96 min manat (8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 6,188 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Bunun 5,986 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 2 dəfə böyüyüb.

Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 2,4 dəfə artaraq 4,899 milyon manata, balans kapitalı isə 31,5% artaraq 1,289 milyon manata çatıb.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.

44 - Tezliklə