“Falcon Finance” BOKT-un istiqrazlarına 2 investor maraq göstərib

Maliyyə
  • 19 noyabr, 2024
  • 11:12
“Falcon Finance” BOKT-un istiqrazlarına 2 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) 400 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd istiqraz standart bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 400 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PSG Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.