"Falcon Finance" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 06 noyabr, 2024
  • 14:51
Falcon Finance BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Noyabrın 19-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Falcon Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) 400 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "PSG-Kapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.