“Falcon Finance” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 12 may, 2023
  • 13:39
“Falcon Finance” BOKT ötən ili mənfəətlə başa vurub

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 69 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 42 % azdır.

Ötən il “Falcon Finance”ın vergiyəqədərki mənfəəti 86 min manat (əvvəlki ilə nisbətən 42,3 % az), mənfəət vergisi ödəmələri isə 17 min manat (43,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 3,426 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Bunun 2,985 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2,1 dəfə böyüyüb.

Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 2,2 dəfə artaraq 2,329 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 1,097 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 1 milyon manata çatıb.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.

44 - Tezliklə