“Falcon Finance” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 26 may, 2025
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024cü ili 755 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə çoxdur.
Ötən il “Falcon Finance”ın vergiyəqədərki mənfəəti 940 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 185 min manat (92,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 6,754 milyon manat olub ki, bu da illik müqayisədə 9,1 % çoxdur. Bunun 6,532 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 9,1 % böyüyüb.
Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 3,9 % azalaraq 4,71 milyon manata düşüb, balans kapitalı isə 58,6 % artaraq 2,044 milyon manata çatıb.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Vüsal Tağıyev və Brilyant Salmanovadır.