“Falcon Finance” BOKT 400 min manatlıq istiqraz buraxır

Maliyyə
  • 22 oktyabr, 2024
  • 06:36
“Falcon Finance” BOKT 400 min manatlıq istiqraz buraxır

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 400 min manatlıq istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

44 - Tezliklə