"Expressbank"ın xalis mənfəəti 35 %-dən çox artıb

Maliyyə
  • 13 aprel, 2026
  • 17:07
Expressbankın xalis mənfəəti 35 %-dən çox artıb

"Expressbank" ASC 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələri Bankın həm mənfəətlilik, həm də əməliyyat səmərəliliyi istiqamətində ciddi uğurlar qazandığını təsdiqləyir.

Hesabat dövrünün nəticələrinə əsasən, Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 %-dən çox artaraq 3 milyon 272 min manat təşkil edib. Bu artım Bankın əməliyyat səmərəliliyinin yüksəlməsi və gəlirlilik göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub.

Bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 %-ə yaxın artım nümayiş etdirərək 6 milyon manata yaxınlaşmışdır. Bu göstərici Bankın fəaliyyət səmərəliliyinin artmasının və daxili resursların effektiv idarə olunmasının bariz nümunəsidir.

Hesabat dövründə Bankın gəlir bazasında da ciddi yüksəliş qeydə alınmışdır. Belə ki, faiz gəlirləri 15%-ə yaxın artaraq 22 milyon 494 min manatı ötüb, xalis faiz gəlirləri isə təxminən 10 % artımla 14 milyon 307 min manat təşkil edib. Qeydə alınan bu müsbət dinamika Bankın əsas fəaliyyət növləri üzrə gəlir imkanlarının dayanıqlı olduğunu və maliyyə bazarındakı mövqeyinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir.

Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 661,973 milyon manat, depozit portfeli 307,871 milyon manat, kredit portfeli isə 546,543 milyon manat təşkil edib. I rübün nəticələri "Expressbank"ın maliyyə intizamını qoruyaraq, həm fərdi, həm də korporativ müştərilərlə əməkdaşlığı dayanıqlı əsaslarla davam etdirdiyini təsdiqləyir.

Həmçinin, qeyd edək ki, Bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 43%-dən çox artım göstərərək 749,21 min manata çatıb ki, bu da bankın gəlir mənbələrini effektiv şəkildə şaxələndirdiyini nümayiş etdirir.

"Fitch" beynəlxalq reytinq agentliyi 2025-ci ildə "Expressbank"ı qiymətləndirərək Bankın uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib.

"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və yaxud Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.

44 - Tezliklə