Ən böyük şirkətlərin bazar dəyəri azalıb
- 11 iyun, 2020
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər dünyanın 100 ən böyük şirkətinin bazar dəyəri təxminən 15% azalaraq 21,5 trilyon ABŞ dollarına düşüb.
“Report” xəbər verir ki, bu, "PwC" audit şirkətinin apardığı tədqiqat nəticəsində məlum olub.
Məlumata görə, həmin müddətdə yalnız 10 şirkət, o cümlədən “Netflix” və “Tesla” bazar dəyərini artıra bilib.
“İkiqat təhlil nəticəsində COVID-19 pandemiyasının səbəb olduğu və dünya bazarlarında misilsiz fəsadlar törətdiyi böhrandan əvvəl dünyanın ən iri şirkətlərinin necə fəaliyyət göstərdikləri, böhranın əvvəlində hansı tədbirlər gördükləri ilə bağlı daha dolğun mənzərə yaranır”, - tədqiqat müəllifləri qeyd ediblər.
Araşdırmaya görə, 2019-cu ilin mart-dekabr aylarında 100 ən böyük şirkətin bazar dəyəri 20% artaraq 25,4 trilyon ABŞ dollarına çatıbmış.