"Embafinans" BOKT-un sədri dəyişib

Maliyyə
  • 09 sentyabr, 2022
  • 10:47
Embafinans BOKT-un sədri dəyişib

"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin (İH) sədri Samir İsgəndərov işdən çıxıb.

"Report" xəbər verir ki, o, "Optimal Finance" MMC BOKT-un Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alıb.

"Embafinans"a rəhbərlik isə İH-nin üzvü Cavid Bağırova həvalə edilib.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin üzvü Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.

“Optimal Finance" isə 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri 70% payla "Azfinance İnvestisiya Şirkəti" QSC, 15% payla Elçin Əsgərli, 9% payla Fərid Eynullayev və 6% payla Yusif İbrahimovdur.