"Embafinans” BOKT-un istiqrazlarına 3 investor maraq göstərib

Maliyyə
  • 01 mart, 2024
  • 12:25
Embafinans” BOKT-un istiqrazlarına 3 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 1,5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 1,5 milyon manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.