“Embafinans" BOKT-un istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 28 oktyabr, 2022
  • 12:41
“Embafinans BOKT-un istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd, yəni 1,5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə