"Ekolizinq"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 29 aprel, 2025
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 6-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Ekolizinq" MMC-nin 250 min ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 250 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
İstiqrazlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvest-az İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.