EIB dünyada əlçatan mənzil maliyyələşdirilməsinin həcmini artırmaq niyyətindədir

Maliyyə
  • 20 may, 2026
  • 14:45
EIB dünyada əlçatan mənzil maliyyələşdirilməsinin həcmini artırmaq niyyətindədir

Avropa İnvestisiya Bankı (EIB) əlçatan mənzillərin maliyyələşdirilməsinin artırılmasının tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə EIB-nin mənzil, şəhərlər və regionlar şöbəsinin rəhbəri Luis Ebrero Rodriges Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

"Mənzil sahəsi mühüm dönüş mərhələsindədir. Mənzillərin əlçatanlığı məsələsi qlobal miqyas daşıyır və istisnasız olaraq bütün dövlətlərə aiddir. Dayanıqlı və münasib qiymətli mənzillərə çıxış imkanlarının çatışmazlığı universal problemdir", - o qeyd edib.

L.Rodrigesin bildirib ki, ötən il EIB 100 milyard avroluq ümumi maliyyələşdirmə həcmindən mənzil sektorunun dəstəklənməsinə təqribən 5 milyard avro yönəldib və bank bu yatırımları bundan sonra da artırmağı planlaşdırır.

44 - Tezliklə