ECB uçot dərəcəsini sabit saxlayıb

Maliyyə
  • 25 yanvar, 2018
  • 12:56
ECB uçot dərəcəsini sabit saxlayıb
Michael H. Sterzenbach/Goodstock

Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl iclasda ECB monetar stimullaşdırmanın məbləğini  2 dəfə azaldaraq 60 mlrd. avrodan (74,4 mlrd. dollar) 30 mlrd. avroya (37,2 mlrd. dollar) endirib və müddətini 9 ay uzadıb. 

Bugünkü iclasla bağlı ECB-nin sədri Mario Draginin açıqlama verəcəyi gözlənilir. Hələ ki, qərar avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR nisbəti 1,24-dür.