Qaradağda vulkan püskürüb - ƏLAVƏ OLUNUB

Ekologiya
  • 26 sentyabr, 2026
  • 12:53
Qaradağda vulkan püskürüb - ƏLAVƏ OLUNUB

Hazırda ərazidə Qaradağ rayonunda yerləşən Otman Bozdağ Palçıq Vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.

"Report" xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.

Onun sözlərinə görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.

Bu barədə "Report"a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata əsasən, püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb.

Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.

Qaradağda vulkan püskürüb - ƏLAVƏ OLUNUB