EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

Maliyyə
  • 17 fevral, 2023
  • 14:44
EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 mln dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayıracaq.

“Report” EBRD-yə istinadən xəbər verir ki, kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılıb.

Bildirilir ki, bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda - beynəlxalq sularda kommersiya donanması əməliyyatlarını genişləndirməyə, regional əlaqə və ticarət münasibətlərinin inkişafı etdirməsinə dəstək verəcək.

"Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək", - bankın məlumatında deyilir.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

44 - Tezliklə