EBRD ASCO-ya 100 milyon dollardan çox kredit təklif edib
- 28 dekabr, 2022
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) 100 milyon dollardan çox kredit təklif edib.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin idarəetməyə verildiyi Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov bildirib.
"Tərəflər arasında artıq mandat sazişi imzalanıb", - deyə o qeyd edib.
Bundan başqa, R.Əlixanov deyib ki, bu il holdinqin şirkətləri, o cümlədən ASCO mənfəət üzrə rekord göstəricilərə nail olub. Səhmdar cəmiyyəti bu gün buraxdığı istiqrazlar hesabına isə inkişaf etmək üçün əlavə vəsait cəlb edəcək.
ASCO-nun sədri Rauf Vəliyev isə jurnalistlərə açıqlamasında bildirib ki, EBRD ilə ayrılacaq kreditin illik faiz dərəcəsi üzrə müzakirələr aparılır: "Faiz dəqiqləşməsə də, gözləyirik ki, 5%-dən çox olmayacaq".