AMB: Fintex sektorunda yeni məhsulların yaradılması təşviq ediləcək

Maliyyə
  • 13 oktyabr, 2026
  • 11:32
AMB: Fintex sektorunda yeni məhsulların yaradılması təşviq ediləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) fintex sektorunda yeni məhsulların yaradılmasını təşviq edəcək.

"Report" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Biz həm banklar, həm də fintex şirkətləri vasitəsi ilə vətəndaşlara yeni xidmətlərin təqdim olunduğunu müşahidə edirik. Hazırda hər iki sektoru təmsil edən assosiasiyaların dəstəyi ilə qanunvericilik bazasına, o cümlədən qanun və qaydalara dəyişiklik layihələri hazırlamışıq. Həm bizim, həm də sektorun təklifləri nəzərə alınmaqla hazırlanmış ilkin layihələrə qurum daxilində müsbət rəy verilib. Düşünürük ki, bu dəyişikliklər fintex şirkətlərinin yeni məhsul və xidmətlər yaratmasına, eləcə də həmin xidmətlərin əhatə dairəsini genişləndirməsinə imkan verəcək", - deyə o qeyd edib.

44 - Tezliklə