Dünya Bankı TANAP-a ayırdığı kreditin şərtlərini açıqlayıb

Maliyyə
  • 22 dekabr, 2016
  • 14:03
Dünya Bankı TANAP-a ayırdığı kreditin şərtlərini açıqlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Dünya Bankı (WB) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayırdığı 800 mln. ABŞ dolları dəyərində olan kreditin şərtlərini açıqlayıb. 

“Report” xəbər verir ki, kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin "BOTAŞ" şirkətinə isə 29 il müddətinə verilib.

Şərtlərə görə, SGC və "BOTAŞ"ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.

Qeyd edək ki, WB borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.

Xatırladaq ki, WB-nin Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "SGC" QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" alıb.

44 filmi