Dünya Bankı: "Azərbaycanın qeyri-karbohidrogen ixracı 51 % artıb"

Maliyyə
  • 24 yanvar, 2022
  • 13:15
Dünya Bankı: Azərbaycanın qeyri-karbohidrogen ixracı 51 % artıb

2021-ci ilin noyabr ayında ixracdakı böyümənin idxaldakı artımı keçməsi ilə Azərbaycanın ticarət profisiti yüksəlib.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– January 2021” hesabatında bildirilir.

Sənədə əsasən, noyabrda Azərbaycanın karbohidrogen ixracı oktyabr ayı ilə müqayisədə 34%, aşağı baza effekti səbəbindən əvvəlki ilin noyabr ayına nisbətən 3 dəfədən çox artıb.

Azərbaycanın əsas ixrac məhsulları meyvə, xam pambıq, gübrə və qızıl olub. Bu dövrdə qeyri-karbohidrogen ixracı illik müqayisədə 51 % artıb. İdax isə daxili tələbin bərpası və idxal qiymətlərinin artması ilə 17% artıb.

Azərbaycanda 2021-ci ilin əvvəlindən noyabr sonuna ixrac illik müqayisədə 51,6 %, idxal isə 7,5% artıb və bu dövrndə ÜDM-in 19,8 %-i qədər ticarət profisiti yaranıb.

Ötən ilin ilk 9 ayında tədiyə balansında ÜDM-in 6,6 %-i nisbətində qalıq yaranıb, əhəmiyyətli cari əməliyyatlar hesabının profisiti (ÜDM-in 11 %-i) qismən maliyyə çıxışları ilə (maliyyə hesabında ÜDM kəsirinin 4 %-i) kompensasiya edilib.

44 - Tezliklə