Dünya Bankı Azərbaycanın davamlı iqtisadi artımı qarşısındakı təhdidləri açıqlayıb
- 06 oktyabr, 2021
- 06:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Orta və uzunmüddətli perspektivdə, şaxələndirilməmiş aktivlərin strukturu, iqtisadiyyata dövlətin güclü təsiri, institusional sərtliklər, özəl sektoru üçün qeyri-bərabər oyun sahəsi, insan kapitalı göstəricilərinin durğunluğu və zəif maliyyə bazarları kimi əsas struktur çatışmamazlıqları Azərbaycanın davamlı artımını təhdid edir.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Sənədə əsasən, hökumət bu il ölkənin struktur problemlərini həll etməyə çalışan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təqdim edib. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci ilin noyabrında imzalanmış birgə bəyanatdan sonra regional geosiyasi gərginlik azalıb.
"Təhlükəsizlik vəziyyəti qeyri-sabit qalsa da, yenidənqurma işləri ilə bağlı səylər davam etdirilir və hökumət zədələnmiş infrastrukturun bərpası və münaqişədən əziyyət çəkən ərazilərdə sosial-iqtisadi inkişafın yenidən başlanması proqramını təsdiq edib.
Dünya Bankının proqnozuna görə, bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5 % çox olacaq. 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1 %, 2023-cü ildə isə 2,7 % böyüyəcəyini proqnozlaşdırır.