"Dövlət auditi" informasiya sisteminin əhatə etdiyi qurumların sayı məlum olub

Maliyyə
  • 22 oktyabr, 2026
  • 12:52
Dövlət auditi informasiya sisteminin əhatə etdiyi qurumların sayı məlum olub

"Dövlət auditi" informasiya sistemi (DAİS) 80-dən çox qurumun fəaliyyətini əhatə edir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

"Bu sistem bizim üçün yeni qurulur və onun yaradılmasını müsbət qiymətləndiririk. Artıq 80-dən çox qurum bu şəbəkəyə qoşulub, daha 30 qurumun isə sistemə əlavə edilməsi istiqamətində işlər aparılır. Sistemin emalının nəticəsi olaraq müəyyən edilmiş boşluqlar və onların aradan qaldırılması yolları ilə bağlı təhlil materiallarını artıq bizə təqdim ediblər. Bu istiqaməti müəyyənləşdirməkdə DAES-in risklərin qiymətləndirilməsi sistemi bizə kömək edib. Burada söhbət yalnız bir audit növündən deyil, bütün audit növlərinə töhfə verən sistemdən gedir. Ümumilikdə, bu cür sistemlərin tətbiqində ilk növbədə psixoloji baryer aşılmalıdır. Bundan sonra müvafiq proseslər formalaşmalı, sistem öz funksiyasını yerinə yetirməyə başlamalıdır", - deyə o qeyd edib.