Dəyanət Sədullayev: "Qlobal dəyişikliklər fonunda korporativ dayanıqlılıq vacib əhəmiyyət kəsb edir"

Maliyyə
  • 11 iyun, 2026
  • 10:15
Dəyanət Sədullayev: Qlobal dəyişikliklər fonunda korporativ dayanıqlılıq vacib əhəmiyyət kəsb edir

Bu gün dünyada və regionda baş verən qlobal dəyişikliklər fonunda korporativ dayanıqlığa sahib olmaq vacibdir.

"Report" xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") prezidenti Dəyanət Sədullayev "Dayanıqlılıq və Enerji Transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

Onun sözlərinə görə, biznes icması üçün bu, təkcə yeni texnologiyaların mənimsənilməsi deyil, həm də biznes modellərinin yenidən nəzərdən keçirilməsi, səmərəliliyin artırılması, yaranan çağırışlara cavab verilməsi və uzunmüddətli dəyərin yaradılması deməkdir: "Sürətlə dəyişən mühitə cavab vermək haqqında danışmaq asandır, amma bir gün raketlərin uçduğunu görürsən, başqa bir gün görmürsən və bunun nə vaxt bitəcəyini və ya bu çağırışların biznesler üçün nə vaxt yüngülləşəcəyini bilmirsən. Buna görə də, "Technovation" kimi platformalar və ya ünsiyyət və dialoq üçün hər hansı bir platforma əlaqələrin qurulmasında çox vacibdir".

O bildirib ki, xüsusilə "AmCham" olaraq, məqsədləri dövlət-özəl sektorun ünsiyyəti və əməkdaşlığı üçün oxşar platformalar qurmaqdır.