"CPM-İnvest İnvestisiya Şirkəti"nin səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 28 iyul, 2025
  • 11:44
CPM-İnvest İnvestisiya Şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək

Avqustun 26-da, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının, eləcə də Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi, nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi, cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi, yeni korporativ sənədlərin qəbulu, mövcud korporativ sənədlərdə dəyişikliklər edilməsi və bununla bağlı məsələlər, nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar səlahiyyətli şəxsin və/və ya onun tərəfindən etibarnamə verilən şəxsin təyin edilməsi və müvafiq orqanlara/qurumlara müraciətlərin edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.