“City Finance” BOKT-un xalis mənfəəti cüzi artıb
- 23 may, 2025
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 2,562 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,4 % çoxdur.
Ötən il “City Finance”ın vergiyəqədərki mənfəəti 3,181 milyon manat (əvvəlki ilə nisbətən 1,8 % az), mənfəət vergisi ödəmələri isə 619 min manat (10,2% az) təşkil edib.
Bu il yanvarın 1-nə “City Finance”ın aktivləri 30,589 milyon manat olub ki, bu da illik müqayisədə 19,6 % çoxdur. Bunun 29,128 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 20,4 % böyüyüb.
Hesabat dövründə “City Finance”ın öhdəlikləri 18,9 % azalaraq 15,368 milyon manata düşüb, balans kapitalı isə 20,2 % artaraq 15,22 milyon manata çatıb.
Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un yeganə təsisçisi “AQA Şirkətlər Qrupu" MMC-dir.