"City Finance" BOKT-un xalis mənfəəti 93 % artıb

Maliyyə
  • 19 may, 2023
  • 12:50
City Finance BOKT-un xalis mənfəəti 93 % artıb

"City Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 3,06 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 92,6 % çoxdur.

Ötən il "City Finance"ın vergiyəqədərki mənfəəti 3,825 milyon manat (92,6 % çox), mənfəət vergisi ödəmələri isə 765 min manat (93,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "City Finance"ın aktivləri 24,663 milyon manat olub ki, bu da illik müqayisədə 32,5 % çoxdur. Bunun 23,721 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 32,6 % böyüyüb.

Hesabat dövründə "City Finance"ın öhdəlikləri 26 % artaraq 14,508 milyon manata, balans kapitalı isə 43,1% artaraq 10,154 milyon manata çatıb.

Xatırladaq ki, "City Finance" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 72,5 % payla "AQA Şirkətlər Qrupu" MMC və 27,5 % payla Məhəmməd Həbibzadədir. O, həm də "AQA Şirkətlər Qrupu"na daxil olan Azərbaycanın aparıcı faktorinq xidməti "Ferrum Kapital" QSC-nin səhmlərinin 23 %-nə nəzarət edir.

44 - Tezliklə