Çin vətəndaşı avtomobil almaq üçün 150 kq dəmir pul verib

Maliyyə
  • 26 yanvar, 2015
  • 17:27
Çin vətəndaşı avtomobil almaq üçün 150 kq dəmir pul verib

Bakı. 26 yanvar. REPORT.AZ/ Çində vətəndaş aldığı avtomobilin pulunu 0,1, 0,3 və 0,5 yuanla ödəyib. 

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, alınan maşının ümumi qiyməti 51 min 800 Çin yuanı (təxminən 6 496 manat) civarında olub.

Məlumata görə, ümumi çəkisi 150 kq. olan pulları saymaq üçün avtomobil satışı mərkəzinin 8 işçisi cəlb edilib və onlar günün tam yarısını bu işə sərf ediblər.

Şirkət nümayəndələri alıcının ödəyəcəyi pulların kiçik olduğunu dediyini, amma onların bu vəziyyəti düşünmədiklərini bildiriblər.