Çin yuanla neft fyuçerslərinin ticarətinə başlayır
- 20 dekabr, 2017
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ Çin Şanxay Fond Birjasında yuanla neft fyuçerslərinin ticarətinə başlayır.
"Report" "MarketWatch" maliyyə xəbərləri şirkətinə istinadən xəbər verir ki, artıq bununla bağlı 5 test keçirilib və hərracların bu həftənin sonu və ya 2018-ci ilin ilk günlərində başlanması nəzərdə tutulub.
Xarici investorların hərraclarda birbaşa, Çində hesab açmadan iştirak edə biləcəkləri qeyd edilir. Analitiklərin fikrincə, yeni fyuçerslər "Brent" və WTI markalı qlobal etalonlara rəqabət yarada bilməsə də, Çinin Asiyada ən böyük neft idxalçısı olduğu nəzərə alınaraq bu bölgədə qiymətlərin formalaşmasına təsiri olacağı bildirilir.
Səudiyyə Ərəbistanı və Rusiya kimi əsas neft ixrac edən ölkələrin yuan fyuçerslərindən istifadə etmək istəməyəcəyi bildirilir. Belə ki, bu ölkələrin satışı ABŞ dollarında apardığı məlumdur. Fransanın "Societe Generale" bankının verdiyi məlumata əsasən, hazırda dünyada hər gün 82,2 mln. barel neft satışı aparılır ki, bunun da 300-400 min bareli və ya təxminən 0,3-0,5%-i digər valyutalarla həyata keçirilir.