“Alibaba Group”un sahibi ziyana düşüb
Maliyyə
- 04 noyabr, 2020
- 12:01
Çinin ən varlı iş adamı olan “Alibaba Group”un sahibi Cek Ma ona məxsus “Ant Group” maliyyə texnologiyaları şirkətinin İPO-su təxirə salındığı üçün 2,6 milyard ABŞ dolları zərərlə üzləşib.
“Report” bu barədə “Forbes Real Time”a istinadən xəbər verir.
Belə ki, sözügedən İPO-nun baş tutmaması nəticəsində “Ant Group”da üçdə bir pay sahibi olan “Alibaba”nın səhmləri kəskin ucuzlaşıb.
Ötən gün “Ant Group”un Şanxaydakı İPO-sunun dayandırıldığı açıqlandı. Ondan əvvəlki gün isə Cek Ma aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri ilə görüş keçirdi.
Qeyd edək ki, ötən ay Cek Ma rəsmi qurumlarını yenilikləri əngəlləməkdə qınayaraq “lombard təfəkkürü” daşıyıcısı olduqlarını demişdi.
Son xəbərlər
11:21
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alan var
Hadisə11:18
"Sumqayıt" öz meydanında 100-cü məğlubiyyətini alıb
Futbol11:18
Azərbaycan neft bitumu ixracını 2 dəfədən çox artırıb
Energetika11:13
"Neftçi" uğursuz start seriyasına son qoyub
Futbol11:11
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Xarici siyasət11:08
Azərbaycan neft koksunun ixracından qazancını 72 %-ə yaxın artırıb
Energetika11:04
İlin 6 ayı ərzində Azərbaycanda yağıntılar zamanı FHN əməkdaşları 690 nəfəri təxliyə edib
Hadisə11:02
Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edəcək
Daxili siyasət11:01