ADB dayanıqlı satınalma strategiyalarına maliyyə ayıracaq

Maliyyə
  • 03 may, 2024
  • 05:39
ADB dayanıqlı satınalma strategiyalarına  maliyyə ayıracaq

Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalma prosesinə cəlb olunmaq üçün potensialını gücləndirir.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-in baş direktorunun müavini və satınalmalar üzrə əsas əməkdaşı Ceff Teylor bankın 57-ci illik toplantısı çərçivəsində “Dayanıqlı Satınalmalar – ADB-in iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara uyğunlaşma məqsədlərinə töhfəsi” mövzusunda keçirilən tədbirdə deyib.

“ADB dövlət satınalmaları sistemləri baxımından regionda unikal mövqeyə malikdir”, - o vurğulayıb.

C.Teylor bildirib ki, bank davamlılıq və dayanıqlı satınalma strategiyalarını həyata keçirmək üçün maliyyə resurslarından istifadə edəcək.