“Caspian İnvest” BOKT-un zərəri 6 dəfəyə yaxın artıb

Maliyyə
  • 29 may, 2024
  • 08:39
“Caspian İnvest” BOKT-un zərəri 6 dəfəyə yaxın artıb

“Caspian İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 355 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 5,7 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Caspian İnvest”in aktivləri 2,07 milyon manat olub ki, bu da illik müqayisədə 4,3 dəfə çoxdur. Bunun 570 min manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli68,1 % böyüyüb.

Hesabat dövründə “Caspian İnvest”in öhdəlikləri 18,5 dəfə artaraq 2,053 milyon manata çatıb, balans kapitalı isə 95,5 % azalaraq 17 min manata düşüb.

Xatırladaq ki, “Caspian İnvest” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri hər biri 50 % payla Nurlan Şərifov və İbrahim Salmanovdur.