“Caspian İnvest” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 21 may, 2025
  • 11:40
“Caspian İnvest” BOKT maliyyə vəziyyətini açıqlayıb
Sputnik / Murad Orujov

“Caspian İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 182 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 97 min manat zərərlə çıxmışdı.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Caspian İnvest”in vergiyəqədərki mənfəəti 546 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 364 min manat (əvvəlki il olmayıb).

Bu il yanvarın 1-nə “Caspian İnvest”in aktivləri 12,669 milyon manat olub ki, bu da illik müqayisədə 6,3 dəfə çoxdur. Bunun 12,209 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 18,2 dəfə böyüyüb.

Hesabat dövründə “Caspian İnvest”in öhdəlikləri 4,3 dəfə artaraq 8,978 milyon manata, balans kapitalı isə 40,1 dəfə artaraq 3,69 milyon manata, nizamnamə kapitalı isə 10 dəfə artaraq 3 milyon manata çatıb.

Xatırladaq ki, “Caspian İnvest” 2004-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50 % payla Nurlan Şərifov və İbrahim Salmanovdur.

44 - Tezliklə