“Caspian Finance” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 19 mart, 2025
  • 17:29
“Caspian Finance” BOKT ötən ili mənfəətlə başa vurub

“Caspian Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 377 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 133 min manat xalis zərərlə çıxmışdı.

“Report” verir ki, ötən il “Caspian Finance”ın vergiyəqədərki mənfəəti 472 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri 95 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Caspian Finance”ın aktivləri 9,271 milyon manat olub ki, bu da illik müqayisədə 88,7 % çoxdur. Bunun 8,842 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə BOKT-un kredit portfeli 160,8 dəfə böyüyüb.

Hesabat dövründə “Caspian Finance”ın öhdəlikləri 87,5 dəfə artaraq 4,027 milyon manata, balans kapitalı isə 7,7 % artaraq 5,244 milyon manata çatıb.

Xatırladaq ki, “Caspian Finance” 2022-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 90 % payla Bənövşə Məmmədova, hər biri 5 % payla Məntiq Şahbazov və Ziyafət İsgəndərovadır.

44 - Tezliklə