Bu il Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib

Maliyyə
  • 23 may, 2019
  • 06:57
Bu il Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib

Bu ilin əvvəlindən Hesablama Palatası 6 milyon manatdan çox vəsaitin dövlət büdcəsində bərpa olunmasını təmin edib. 

“Report” xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bildirib.

"2019-cu ilin ilk 5 ayı ərzində həyata keçirilmiş 2 nəzarət tədbirinin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib. Onların təqdim etdikləri hesabata əsasən, hər bir nəzarət tədbiri ilə bağlı cinayət işi başlanıb”, - V.Gülməmmədov deyib.

44 - Tezliklə