Bu il Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti 2% artıb
- 15 avqust, 2014
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 21,0 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 3,4% artıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% yüksəlib.
Bu dövr ərzində gəlirlərin 70,3%-i son istehlak xərclərinə, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,0%-i isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 19,1 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,2% çox vəsait qalıb.