"Brandywine Global İnvestment Management”: ABŞ dolları bu ilin sonuna qədər 5% ucuzlaşa bilər

Maliyyə
  • 21 may, 2018
  • 13:10
Brandywine Global İnvestment Management”: ABŞ dolları bu ilin sonuna qədər 5% ucuzlaşa bilər

Bakı. 21 may. REPORT.AZ/ ABŞ-ın "Brandywine Global İnvestment Management” şirkəti bu ilin sonuna qədər ABŞ dollarının digər xarici valyutalar qarşısında məzənnəsinin, təxminən, 5% azalacağını proqnozlaşdırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Şirkətin nümayəndəsi Riçard Lavrens hesab edir ki, ABŞ prezidenti Donald Trampın siyasəti dolların ucuzlaşmasını dayandırsa da, bu, müvəqqəti olacaq. Amerika valyutası ilin sonuna qədər indiki məzənnədən aşağı dəyişdiriləcək. 

44 - Tezliklə