“Brand Credit” BOKT-un xalis mənfəəti 33 % azalıb

Maliyyə
  • 07 iyun, 2023
  • 06:17
“Brand Credit” BOKT-un xalis mənfəəti 33 % azalıb

“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 384 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 33,2 % azdır.

Ötən il “Brand Credit”in vergiyəqədərki mənfəəti 462 min manat (əvvəlki ilə nisbətən 33,4 % az), mənfəət vergisi ödəmələri isə 78 min manat (33,9 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 4,682 milyon manat olub ki, bu da illik müqayisədə 11,6 % azdır. Bunun 3,954 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 5,1 % kiçilib.

Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 10,1 % azalaraq 2,593 milyon manata, balans kapitalı isə 13,5 % azalaraq 2,09 milyon manata düşüb.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 74,9% payla Yeganə Vəliyeva, 22,26% payla Əli Hüseynov və 2,84% payla Şəbnəm Vəliyevadır.

44 - Tezliklə