“Brand Credit” BOKT-un xalis mənfəəti 19 % azalıb

Maliyyə
  • 29 may, 2024
  • 08:32
“Brand Credit” BOKT-un xalis mənfəəti 19 % azalıb

“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 312 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 18,8 % azdır.

Ötən il “Brand Credit”in vergiyəqədərki mənfəəti 367 min manat (əvvəlki ilə nisbətən 20,6 % az), mənfəət vergisi ödəmələri isə 55 min manat (29,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 5,657 milyon manat olub ki, bu da illik müqayisədə 20,8 % çoxdur. Bunun 5,212 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 31,8 % böyüyüb.

Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 39,9 % artaraq 3,628 milyon manata çatıb, balans kapitalı isə 2,9 % azalaraq 2,029 milyon manata düşüb.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 75% payla Yeganə Vəliyeva, 22% payla Əli Hüseynov və 3 % payla Şəbnəm Vəliyevadır.

44 - Tezliklə