Bitkoinin qiyməti tarixi maksimumunu yeniləyib

Maliyyə
  • 08 yanvar, 2021
  • 11:35
Bitkoinin qiyməti tarixi maksimumunu yeniləyib

Ticarət sessiyası zamanı bitkoinin dəyəri 3,78 % artaraq 41 min ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu “CoinMarketCap” platformasının Bakı vaxtı ilə saat 14:48-ə olan məlumatları göstərir.

Beləliklə, kriptovalyutanın qiyməti tarixi maksimumu yeniləyib.