"Biləsuvar Avtonəqliyyat" birja listinqinə qəbul edilib

Maliyyə
  • 26 avqust, 2016
  • 09:37
Biləsuvar Avtonəqliyyat birja listinqinə qəbul edilib

Bakı. 26 avqust. REPORT.AZ/ Avqustuin 26-dan etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Biləsuvar Avtonəqliyyat" ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, 13 471 ədəd qiymətli kağız ticarətə buraxılıb. Səhmlərin ilkin ticarət qiyməti 2 manatdır.