BFB: Səhm bazarında yüksək konsentrasiya qalmaqdadır

Maliyyə
  • 22 sentyabr, 2026
  • 10:25
BFB: Səhm bazarında yüksək konsentrasiya qalmaqdadır

Azərbaycanın səhm bazarında yüksək konsentrasiya qalmaqdadır.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, bu ilin I yarısında maliyyə qurumları listinqdə olan bazar kapitalizasiyasının 99 %-ni, 8 qurum isə ümumi bazar dəyərinin təxminən 91 %-ni təşkil edib.

Yanvar-iyun aylarında təkrar bazar dövriyyəsi 8,8 milyon manat, ilkin bazar dövriyyəsi isə 51,7 milyon manat olub.

Təkcə iyun ayında "Azərbaycan Beynəlxalq Bankı" və "PAŞA Bank" ASC-lər üzrə təkrar bazar dövriyyəsi müvafiq olaraq 2 milyon manat və 0,6 milyon manat təşkil edib.

44 - Tezliklə