BFB-də İsveçrənin səfiri və SECO nümayəndəsi ilə görüş olub
- 13 aprel, 2017
- 15:11
Bakı. 13 aprel.REPORT.AZ/ Bu gün Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalder və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktor müavini Simon Haeberli ilə görüşüb.
"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, görüşdə kapital bazarlarının inkişaf layihlərinin nəticələri barədə fikir mübadiləsi aparılıb. S.Haeberli İsveçrə şirkətkəri və SECO ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayıb və bu istiqamətdə dəstək verməyə hazır olduqlarını bildirib.
Görüşün sonunda səfir F.Stalder və S.Haeberli Bakı Fond Birjasında gündəlik ticarətin başlanmasını simvolizə edən zəng mərasimində iştirak ediblər.